Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xoşqədəmin verilişindəki yalan ifşa olundu - "Özü ərdə olduğu dövrdə başqasıyla…"-FOTO

Xoşqədəm Hidayətqızının verilişindəki yalan ifşa olundu.

Minval.info xəbər verir ki, şairə Nazilə Səfərlinin keçmiş gəlini Pərvanə "Səni axtarıram"da ailəsi haqda danışıb. O, həyat yoldaşından ayrılmasında baldızları və qayınanasını günahlandırıb. Pərvanə xanım həmçinin ərinin ona xəyanət etdiyini dilə gətirib. O, həmçinin evinin əlindən alındığını iddia edib.

Mövzu araşdırılmamış Xoşqədəm Hidayətqızı və ekspertlər tərəfindən şairə haqqında sərt sözlər deyilib, o cümlədən tənqid olunub.

Pərvanənin keçmiş həyat yoldaşı Məhəmməd Məmmədovun vəkili Azər Orucovla əlaqə saxlanılıb. O bildirib ki, həmin xanım ailə qurandan qaynatanın evindən yaşayıb və onun yoldaşının adına mənzil olmayıb.

"Onun özünün evi olub, satılıb-satılmadığını bilmirik. Pərvanə xanımın evli olarkən yaşadığı evdən məktub tapılmışdı. Həmin məktubda onun münasibətdə olduğu Elnur adlı şəxsin adı çıxmışdı. Evli olduğu dövrlərdə onunla daim əlaqədə olub. Hətta gecə vaxtı taksi çağıraraq evdən çıxıb gedib. Onun psixoloji problemləri olub. Məktubda da bu barədə yazıb. Orada xəstə olduğunu, müalicə aldığını, həmçinin, dərmanların ona təsir etmədiyini qeyd edib" – deyə Azər Orucov bildirib.

Qeyd etmək lazımdır ki, dəfələrlə məşhurların yaxınları efirə çıxaraq onlar haqqında yalan sözlər işlətdiyinin şahidi olmuşuq. Pərvanə xanım da fürsətdən istifadə edərək buna cəhd edib. Lakin dediklərinin doğru olub-olmamasını araşdırdığımız zaman hamıdan gizlətdiyi faktlar üzə çıxdı.

Xoşqədəmin verilişindəki yalan ifşa olundu: "Özü ərdə olduğu dövrdə başqasıyla…"

Xoşqədəmin verilişindəki yalan ifşa olundu: "Özü ərdə olduğu dövrdə başqasıyla…"

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...