Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Pərvin Abıyeva - Ən bahalı maşını sürürəm, əcəb edirəm - VİDEO - FOTOLAR

Qalmaqallı aktrisa Pərvin Abıyeva ARB kanalında “Səhər-səhər” verilişində qonaq olub.

Oxu.Az xəbər verir ki, veriliş zamanı Pərvin bahalı maşın sürməsi ilə bağlı qınanılmasına münasibət bildirib:

“Azərbaycanda ən çox filmə çəkilən aktrisa mənəm. “Az çəkilir, amma bütün aktrisalardan bahalı maşın sürür” deyənlərdən soruşun, görün ki, onlar kinostudiyanın qapısını tanıyırlarmı? Əgər bir ildə beş filmin qalasında sırf baş rolda oynamışamsa, bu, heç də az deyil.

Bəzən ildə 50 min qonorarım olur. Ən bahalı maşını sürürəm, yaxşı edirəm, əcəb edirəm. Getsinlər, onlar da etsinlər. Maraqlı olan bilirsiniz, nədir? Səni görəndə qucaqlayıb öpürlər, “birdənəsən, gözəlim, kuklam” deyirlər. Üzünü çevirməyə peşmansan, həmin dəqiqə dalınca min söz danışırlar”.

Pərvin gəlirinin yalnız aktrisalıqdan olmadığını da bildirib:

“573 min izləyicisi olan “Instagram” səhifəm var. Bütün məşhurlar kimi, mən də reklam yerləşdirirəm və fikirləşirəm ki, bunu niyə də havayı etməliyəm?! Əgər mən bu insana qazandırıramsa, mən də qazanmalıyam.

Reklam edirəm və çəkilirəm. Sırf çəkilim deyə çəkilmirəm. Deyirəm, bu qiymətə istəyirsən, çək, istəmirsən, yox. Çünki mən də əziyyət çəkirəm. Filmə, seriala çəkilirəm. İşləyirəm, əziyyət çəkirəm. Niyə də qazanmamalıyam?!”

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...