Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aktrisanın qulaq falında eşitdikləri onu təəccübləndirdi - “Dedilər ki ...” - FOTO

Gənc və istedadlı aktrisa Nərgiz Əliyeva ( Nara Jasmin ) Novruz adətlərindən danışıb.

Day.Az xəbər verir ki, aktrisa xanım hər kəsin Novruz bayramını təbrik edib və hər kəsə bu bayram günlərində firavanlıq, ruzi - bərəkət, can sağlığı, xoşbəxtlik arzu edib. Nərgiz xanım Novruz adətlərindən hansını etmisiz , hansına inanırsız sualına da cavab verib:

"Qulaq falına bir balaca inanıram. Uşaqlıqda qızlarla çərşənbədə, bayram axşamı daha çox qulaq falına çıxırdıq. Bu il də qulaq falına çıxdıq, yəqin maşın həvəskarı olduğumçun elə 2-3 söz eşitdim ki, mübarəkdi təzə maşının, xeyir işlərə sürəsən, filan. Sevindim və təəccübləndim. Çünki bu il avtomobilimi satmağı düşünürdüm. Ola bilər xeyirlisi elə budur. İnşallah ki, bu il həm bizə həm xalqımıza düşərli olar. Kimin ürəyində nə arzusu varsa çin olar".

Aktrisanın qulaq falında eşitdikləri onu təəccübləndirdi: “Dedilər ki ...” - FOTO

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...