Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Elgiz 6 ildir Gülüstan Əliyeva ilə küsülüdür

Aparıcı Elgiz Əkbər illərdir əməkdar artist Gülüstan Əliyeva ilə küsülü olduğunu etiraf edib. 

Mynews.az-ın məlumatına görə, Elgiz "Səhər-səhər" verilişində müğənni ilə aralarında baş verən qalmaqalı açıqlayıb:

"Bu insanla ömrümdə üz-üzə gəlməmişəm, heç bir proqramda bir yerdə olmamışıq. Verilişlərdə onun adı çəkiləndə demişəm, onu tanımıram. 6 il bundan əvvəl oturub çay içirəm. Prodüser zəng vurub müğənni ilə danışır. Prodüser onu verilişə dəvət etdi. Soruşdu ki, aparıcı kimdir? Prodüser dedi ki, Elgiz Əkbər. Gülüstan xanım qayıtdı ki, tanımıram. Heç nə demədim. Xanımın elə cavab verməyi məni üzdü. Düşündüm ki, ona bir pisliyim keçməyib axı. O sözdən sonra səni verilişə qoyaram? Bunu mənə kimsə deməyib, qulağımla eşitmişəm. İki-üç əvvəl verilişdə Gülüstan xanımın adı çəkildi, dedim onu tanımıram. Sonra rəfiqəsi zəng vurdu ki, niyə yalan danışdın? Mən də hadisəni ona dedim. indi bayramda ona barışıq əli uzadıram".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...