Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yerə sürətlə nəhəng asteroid yaxınlaşır - NÜVƏ SİLAHI İLƏ VURULACAQ - VİDEO

Planetimizə saatda 101 km sürətlə yaxınlaşan "Bennu" adlı asteroid NASA-nı hərəkətə gətirib.

Mynews.az apa-ya istinadən xəbərinə görə, 500 metr hündürlüyə malik asteroid Yer kürəsi ilə toqquşa bilər.

NASA fəlakətin qarşısını almaq üçün iki planın işlənib hazırlandığı barədə məlumat yayıb. İlkin plana görə, "Bennu"nun trayektoriyasını dəyişmək üçün 8.8 ton ağırlığında olan "Hammer" adlı kosmik gəminin asteroidlə toqquşdurulması ehtimal olunur.

İlkin plan iflasa uğrayacağı halda, NASA nüvə silahından istifadə edəcək. Asteroid planetimizdən kifayət qədər uzaqlıqda nüvə silahı ilə vurulacaq.

Layihə rəhbəri Kristen Houley mediaya açıqlamasında deyib ki, "Bennu"nun planetimizə çatmasına xeyli müddət qalıb. Lakin hesablamalar cəld hərəkətə keçməyin vacibliyini göstərir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...