Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Çocuklar duymasın”ın aktyoru vəfat etdi - FOTOLAR

Vaxtilə “Çocuklar duymasın” serialında Dursun obrazını canlandıran aktyor Ercüment Balakoğlu vəfat edib.

Mynews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə sənətçi Onur Akay İnstaqram hesabında məlumat verib.

O, 84 yaşlı aktyorun ötən il tutulduğu dil xərçənginə qalib gələ bilmədiyini bildirib.

Qeyd edək ki, ötən ilin yayında E.Balakoğluna dil xərçəngi diaqnozu qoyulub. O, dilində çıxan yaralar səbəbindən əməliyyat olunaub və kimyəvi terapiyaya başlayıb.
 
Müalicəsini xəstəxanada davam etdirən Balakoğlu dərmanlar səbəbindən yaddaşsızlıq problemi də yaşayıb. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...