Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şəbnəm oğlunun sünnət toyunda gəlinlik geyindi - VİDEO

Müğənni Şəbnəm Tovuzlu bayram günlərində oğlu Əliyə kiçik toy edib.

Mynews.az cebhe.info-ya istinadən xəbər verir ki, ifaçı yerli şou-biznesin az qalsın bütün simalarını məcilisinə dəvət edib. Məsələnin diqqət çəkən məqamı ondan ibarətdir ki, Şəbnəm oğlunun toyunda ağ gəlinlikdə olub, sanki özünə toy çaldırıb.

"İnstagram" səhifəsində mərasimdən fotoları paylaşan Tovuzlu qeyd edib ki, həyat yoldaşı Hacı Rafiq şəkillərdə görünməyi sevmir. Ona görə də ərinin yalnız qolunun fotosunu paylaşıb.

"Belə paylaşıma görə bəziləri yazacaq ki, niyə Hacının ancaq qolu düşüb? Vallah, bu insan nə "İnstagram", nə "Facebook" işlətmir, heç bir sosial şəbəkədə yoxdur. Mən məcbur etdikdən sonra ancaq "WhatsApp" işlədir. Orada da profilinə ya maşın, ya da dəniz şəkli qoyur. Bu insan hətta tək belə heç bir halda fotolarını paylaşmır. Əsas odur ki, bizimlədir, yanımızdadır" - deyə müğənni qeyd edib.

Nəzərinizə çatdıraq ki, Şəbnəmin həyat yoldaşı Hacı Rafiqin Nizami Küçəsi, "İçərişəhər" və Moskvada mağazaları var. Hacı, uzun müddət Rusiyanın Surqut şəhərində yaşayıb. 

Cütlüyün Əli adlı bir oğlan övladı var.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...