Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məşhur proqramın yayımı dayandırıldı - Fəhlələrə görə - VİDEO

Türkiyənin məşhur “Seda Sayanla” proqramının yayımı dayandırılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Vatan” qəzeti məlumat yayıb. 

Bildirilir ki, Türkiyə Radio və Televiziya Şurası (RTÜK) tərəfindən cərimələnən proqram 5 gün ərzində ekranlarda olmayacaq. 

Qeyd edək ki, verilişin aparıcısı Seda Sayan qonaq olan Ece Gürselə “Sperma bankından istifadə edərək ana olmaq istərdiz” sualı verilib.  Seda isə “Ay qız, nə fəhlələr var. Günahdır, onlar  insan deyil? Doğmaq üçün nə gözləyirsən? Onların genləri uyğundur,  birindən uşaq dünyaya gətir” – demişdi. 

Bu ifadələr birmənalı qarşılanmamış, RTÜK kanala 5 dəfə proqram dayandırma cəzası vermişdi.  

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...