Emin Ağalarov faciə qurbanlarına beş milyonluq yardım etdi
Müğənni Emin Ağalarov Rusiyanın Kemerovo vilayətində yerləşən əyləncə mərkəzindəki baş vermiş yanğında həlak olan 64 nəfərin ailəsinə maddi yardım edib.
Mynews.az xəbər verir ki, Emin bu barədə sosial media hesabında məlumat verib.
O, beş şəhərdə verdiyi konsertdən əldə etdiyi 5 milyon rubl gəliri faciə qurbanlarının ailələrinə göndərdiyini bildirib.
“Kemerovoda baş vermiş dəhşətli faciəyə biganə qalmaq qeyri-mümkündür. Buna görə yanğından sonra köməyə ehtiyacı olan qurbanların və yaralanan şəxslərin ailələrinə pul yardımı etmək qərarına gəlmişəm.
Beş şəhərdə konsert vermişəm və hər bir konsertdən bir milyon rubl gəlirim olub. Bu konsertlər onsuz da xeyriyyə məqsədi daşıyırdı. Dostlarla bərabər 15 milyon rubl toplamışıq və pulu Müslüm Maqomayev adına Fonda göndərmişik”.
Qeyd edək ki, E.Ağalarov bu gün Tümendə planlaşdırılan konsertini təxirə salıb.
Maqazin
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
- Azəri qızı Günel Ebru Gündeşə od püskürdü
- Məşhur aktrisa əri haqda yayılan xəyanət iddialarına son qoydu
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 967 dəfə oxunub
- Emin Ağalarov söz verdi 967 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 965 dəfə oxunub