Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Çox cazibədar olduğu üçün filmə çəkilə bilmir - FOTO

Kambocanın Mədəniyyət Nazirliyi həddən artıq cazibədar olmasını əsas gətirərək aktrisa Denni Kvanın filmə çəkilməsinə qadağa qoyub.

24 yaşlı aktrisa qadağa səbəbindən 1 ildir ki, peşəsi ilə məşğul ola bilmir. "Facebook"da 300 min izləyicisi olan Kvan bununla bağlı açıqlama verib. O, haqqında irəli sürülən iddiaları rədd edərək, digər həmkarlarından fərqli, həddən artıq cəzbedici rollar ifa etmədiyini bildirib:

"Kambocada əksər aktrisalar filmlərdə soyunur, öpüşür və erotik səhnələrə çəkilirlər. Mən mədəniyyətimizi bilir və buna uyğun hərəkət edirəm. Heç kimə narahatlıq vermək istəmərəm".

Aktrisa Mədəniyyət Nazirliyinə müraciət edərək, " O zaman məni qızınız kimi tərbiyələndirin" ifadəsini işlədib.

Kambocada bəzi cəmiyyətlər bu qadağanı ayrıseçkilik kimi qəbul edib və qadın hüquqlarının müdafiəsi üçün çalışan bir sıra təşkilatlar nazirliyin bu addımını qınayıblar.
 qaynarinfo
Çox cazibədar olduğu üçün filmə çəkilə bilmir - FOTOLAR
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...