Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Fatimə indi də Rahidə ilə dava etdi

Rəqqasə Fatimə Fətəliyeva ilə Rahidə Baxışova arasında “Hər şey daxil” verilişində qalmaqal yaşanıb.

Mynews.az-ın məlumatına görə, sənətçilərin küsülü olduğu ortaya çıxıb.

Proqrama zəng vuran Fatimə Rahidəni qeyri-səmimi insan adlandırıb. O bildirib ki, müğənni məclislərdən birində onunla salamlaşmayıb:

“Neçə vaxtdır bir sualım ürəyimdə qalıb. Bizim aramızda soyuqluq yaranıb. Bir verilişə gəldim, salamlaşdım, mənə göz süzdürdü. Bəlkə kimsə haqqımda nəsə deyib?”.

Rahidə isə soyuqluğun səbəbkarının Fatimə olduğunu bildirib. Müğənni deyib ki, xına evi açdığı üçün rəqqasə onu danışdırmır:

“Beş-altı aydır bu məsələ var. Efirdə danışmaq istəmirdim. Fatimə də zəng vurub özümlə danışardı. Fatimə rəqqasə olmamışdan əvvəl mən oxuyurdum. Fatimənin rəqsini, məktəbini əlindən almamışam. Xına evi açdım, ondan sonra soyuqluq başladı. Könül Kərimovanın qızının toyunda Fatiməni gördüm, əvvəlcə tanımadım. Sonra yaxınlaşıb görüşdüm. Sonra Manaf Ağayevin oğlunun məclisində eyni masada oturduq. Gedib onunla görüşdüm. Amma onun soyuq, kinli baxışlarını hiss edirdim, otura bilmirdim. Yalandan işim olduğunu deyib, məclisdən tez getdim. Gedəndə Fatiməyə yaxınlaşıb görüşmək istəyəndə, üzünü çevirdi. Başqa bir çəkilişdə isə gəlib mənə kinayəli “salam” verdi, eləcə də cavabını aldı. Sonra da dostum Şahinə deyib ki, səninlə çalışan müğənnilər qudurur”.

Proqramın aparıcısı Tolik isə “Fatimənin həyasızlığını görməmisiniz. Onun quyruğunu tapdalayan olsa, bilirsiz, onu nə edər?” deyə, bildirib.

Qeyd edək ki, Fatimə bundan əvvəl xına evi açdıqları üçün Xuraman Şuşalı, daha sonra isə Xatun Əliyeva ilə dava etmişdi.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...