Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aygünlə Rəqsanəni üz-üzə gətirən mahnının bəstəkarı danışdı

Xalq artisti Aygün Kazımova ilə müğənni Rəqsanə İsmayılova arasında mahnı qalmaqalı yaşanıb.

Mynews.az-ın məlumatına görə, Kazımovanın bu gün təqdim etdiyi "Hardasan" adlı mahnısını Rəqsanənin illər əvvəl oxuduğu ortaya çıxıb.

R.İsmayılova 10 il əvvəl oxuduğu mahnını bəstəkar İsmayıl Əsədovdan 3 min manata aldığını deyib.

İ.Əsədov müğənninin sözlərinə cavab verib. O, sənətçini  bəstəsinə qarşı biganəlikdə qınayıb. Əsədov Rəqsanənin mahnını lazımi qədər sevdirə bilməməkdə günahlandırıb. Elə buna görə də o, A.Kazımovaya müraciət etdiyini deyib:

"Mahnının müəllif hüquqları var. Bu hüquqlar kimə aiddirsə, seçimini özü edə bilər. Hazırda mahnının bütün hüquqları məndədir. Rəqsanə xanım bu mahnını 10 ildir ki, heç yerdə səsləndirmir. Belə olduğu halda, əgər bir əsər 10 il efirə çıxmayıbsa, müəllifin hüququ var ki, onu başqasına versin. İllər əvvəl oxuduğun mahnını 2 həftə əvvəl “Youtube”a qoyarlar? Düzdür, ödəniş olunub. Amma bu ödəniş bizə yox, mahnının aranjımanına verilib. Aygün Kazımova isə musiqini yeni aranjımanda ifa edib.  Məqsədimiz bəstəni yaşatmaqdır”.


Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...