Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Könül Xasıyevaya yalvardım kömək etmədi” - məşhur şairə ağır vəziyyətdədir

ARB TV-nin “Sirdaş Rövşanə” proqramına müraciət edən məşhur mahnıların söz yazarı olan şairə Şərafət Dağıstanlı yardım istəyib.

Mynews.az-ın məlumatına görə, o, çətin vəziyyətdə olduğunu bildirib. Proqramın çəkiliş qrupu 81 yaşlı şairənin yaşadığı evdə qonaq olub. O, ağır günlərindən danışıb:

“Havadayam, adıma evim belə yoxdur. Bir qızım və bir nəvəm var. Onlar da kirayə yaşayırlar. Bu yaşadığım ev də xaricdə yaşayan bir qohumumundur. Dedilər ki, Şərafət xala, nə qədər istəyirsiz burada qalın. 3 il bu evdə soyuqdan donmuşam. Şairə olduğum üçün peşmanam. O qədər mahnım oxunur, lakin məni nəzərə alan yoxdur. Könül Xasıyevaya o qədər yalvarmışam ki, Könül, heç olmasa adımı çək, etmədi. Cavab verir ki, o xalq mahnısıdır.

Çox pis vəziyyətdə yatırdım. Tacirə dedim ki, oğlum, mahnımı oxuyursan, heç olmasa mənə dərman pulu ver. Dedi ki, edərəm, edərəm, o da qaldı”.

Şairə aparıcı Rövşanə Ağasəfqızının "Sədəqə belə toplamısız" sualını ağlayaraq təsdiqləyib:

“Ağlıma belə bir mövzu ilə efirə çıxacağım gəlməzdi. Hər kəsə deyirəm ki, cavanlıqda özünüzə gün ağlayın. Ömür boyu işləmişəm. Dünya Azərbaycanlılar Konqresinin və AYB-nin üzvüyəm. Evim var idi. Qızımın uşağı doğulan zaman ehtiyacdan məcbur olub satdım”.

axşam.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...