Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aybəniz Haşımova arxiv FOTOlarını yaydı - “Ay ata, məni buraxıb getmə” - FOTOLAR

Əməkdar artist Aybəniz Haşımova arxiv fotolarını İnstaqram səhifəsində paylaşıb.

Mynews.az axşam.az-a istinadən xəbər verir ki, müğənni uşaqlığı və gəncliyi ilə bağlı xatirələrini bölüşüb. O, dünyasını dəyişən atasını xatırlayıb:

"Burada 15 yaşım var, xoşbəxt illərim, atalı günlərim. Başım ağrıyan kimi qaçıb Bakıya yanıma gəlirdi ki, görsün mənə nə olub. İnternatda qalırdım, qızlardan biri suçiçəyi tutmuşdu. Mənə də keçirtdi. Atam gecəylə eşidib yanıma gəldi. Səhər gedib yeni çıxan meyvələrdən alıb gətirib, pəncərədən mənə yedizdirirdi. Kaş atam sağ olaydı, mən də uşaq qalaydım, heç böyüməyəydim. Onun dizlərini qucaqlayıb, "Ay ata, məni heç yerə buraxıb getmə" deyib ağlayardım. Təəssüf ki, böyüdüm. Nə o qızdan, nə də atamdan əsər qalmadı".

Aybəniz Haşımova arxiv FOTOlarını yaydı: “Ay ata, məni buraxıb getmə”

Aybəniz Haşımova arxiv FOTOlarını yaydı: “Ay ata, məni buraxıb getmə”

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...