Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Kurtlar Vadisi”nin “Çakır”ından azərbaycanlı müğənniyə dəstək

“Kurtlar Vadisi” serialındakı “Çakır” obrazı ilə ölkəmizdə tanınmağa başlayan türkiyəli aktyor Oktay Kaynarca Instagram hesabındakı paylaşımı ilə azərbaycanlı fanatlarını sevindirib.

Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, sənətçi şəxsi səhifəsində azərbaycanlı “Youtube” fenomeni Nigar Muharremin videosunu paylaşıb.

Belə ki, videoda Əməkdar artist Röya Ayxanın reperturarından “Həsrət nəğməsi” mahnısını oxuyan ifaçıya Kaynarca “Gəlib toxunmaması, dəyməməsi mümkün deyil. Yaşasın sənət” şərhini yazıb.

Onun bu paylaşımına azərbaycanlı fanatları yüzlərlə rəy yazaraq təşəkkür ediblər.

Qeyd edək ki, sözügedən ifanın “Youtube”da izlənmə sayı 15 milyonu keçib.

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...