Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xalq artisti Flora Kərimova canlı efirdə göz yaşı tökdü - "Bir peraşkini iki bölüb..." - VİDEO

ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı xalq artisti Flora Kərimova olub. 

Xalq artisti acınacaqlı vəziyyətdə yaşayan Tahir Əkbərin ailəsinə görə efirdə göz yaşlarını saxlaya bilməyib: 

“İnanırsınız ki, onlar masaya yemək qoydular mən yeməyə qıymadım. Mən bir peraşkini iki böldüm, çayla içdim. Çıxanda Əminə xanım dedi ki, niyə yemədin?! Dedim, ay Allah saxlamış, qoy qalsın, onlar sabah yeyərlər, biri gün yeyərlər. Axı niyə belə olsun?! Bu istedadlar bir-bir sıradan çıxırlar. Yiyələri də yoxdur”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...