Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tənqid olunan Tünzalənin prodüserindən AĞIR SÖZLƏR - "Səviyyəsiz…"

Mart ayının 27-də atasını itirən Tünzalə Ağayevanın “yeddi” mərasimi günü xınayaxdı məclisinə getməsi sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.

Maraqlıdır, müğənninin bu müzakirələrə münasibəti necədir?

Məsələyə sənətçinin prodüseri Yalçın Cabbarov aydınlıq gətirib.

Mynews.az xəbər verir ki, bu haqda Yenicag.az-a açıqlama verən prodüser söz-söhbətə reaksiya vermədiklərini deyib:

“İnanın ki, heç Tünzalənin belə müzakirələrdən xəbəri də yoxdur. Hansısa səviyyəsiz söz-söhbətlərə münasibət bildirməyə onun heç zamanı da yoxdur. Kimsə ortaya düşüb, başqasını müzakirə edirsə, onun öz işidir. Bu, Tünzalə xanımın ağrısıdır; bunu onun özündən başqa heç kim anlaya bilməz”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...