Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məşhur müğənnimiz "PB" seriyalı nömrə nişanını hansı yolla aldı? - FOTO

Xəbər verdiyimiz kimi tanınmış müğənni Zamiq Hüseynov özünə yeni 500 min manatlıq "Mercedes"in "S Class 600" modelinin "Maybach" avtomobili alıb.

Yeni avtomobilinin görüntülərini yayan müğənni maşınındakı 10-PB-002 dövlət nömrəsi ilə də diqqəti öz üzərinə çəkib.

Məşhur müğənnimiz "PB" seriyalı nömrə nişanını hansı yolla aldı?

"Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri, nəqliyyat eksperti Elməddin Muradlı BiG.AZ -a açıqlamasında bir çox müğənnilərin və eləcə də sıravi insanların AA, AS, PB seriyalı nömrələrinin hansı qayda əsasında alındığını açıqlayıb:

"Bu kimi nömrələrin konkret olaraq hansısa bir üstünlüyü və hansısa bir şəxsə verilə bilər kimi müddəası qanunvericilikdə öz əksini tapmayıb. Qanunvericilikdə belə bir şey öz əksini tapmayıb ki, AA seriyalı nömrələr kimlərə verilə bilər, kimlərə verilə bilməz. Sadəcə olaraq Daxili İşlər Nazirliyinin daxili əmri əsasında AA, AS və digər seriyalı nömrələr hüquqi şəxslərə, eyni zamanda dövlət qurumlarına verilir. Hər bir hüquqi şəxs müraciət edərək belə bir nömrə əldə edə bilər.

Sadəcə olaraq seriya və eyni olan rəqəmlərə görə qiymət dəyişir. Belə ki, seriyası və iki rəqəmi eyni olan nömrələr 500 manatdan 1000 manata qədər civarda dəyişir. Adətən bu cür nömrələr xüsusi olaraq dövlət orqanlarına verilir və bəzən də təəssüflər olsun ki, dövlət qurumlarında çalışmayan adamlar belə nömrələrlə maşınlar idarə edirlər.

Bunun qaydası isə belədir. Onlar hansısa bir MMC təsis edirlər və bununla hüquqi şəxs statusu alırlar. Beləliklə bu qaydada həmin nömrələri əldə edirlər. Bu da çox əcaib bir vəziyyət yaradır və digərlərini də gözdən salırlar, digərləri haqqında mənfi imic formalaşdırırlar. Məsələn kimsə AA seriyalı avtomobil idarə edərək qayda pozur, xəbər portallarında isə dövlət avtomobilləri qayda pozur və s. tipli xəbərlər yayılır. Hərçənd ki, o adamın dövlət orqanlarına heç bir aidiyyatı yoxdur. 4-5 obyekti var, Sədərək Ticarət Mərkəzində yeri var, restoranı var və başlayır belə özbaşınalıq etməyə.

Bu cür nömrələri almaq və istifadə etmək heç bir səviyyə göstəricisi ola bilməz. Yəni kimsə o nömrədən istifadə edirsə səviyyəlidir, yaxud adi nömrə işlədirsə səviyyəsizdir deyə bir şey yoxdur. Sadəcə olaraq onun davranışları onların necə bir insan olduqlarını göstərir. İnsanların bu nömrələrə görə kateqoriyalara bölünməsi anormal bir haldır".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...