Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

2018-ci ilin I rübünün ən yaxşı filmləri - VİDEO

“Esquire” jurnalı 2018-ci ilin ilk dörd ayında böyük ekranlara çıxan ən yaxşı filmlərin onluğunu hazırlayıb.

Oxu.Az xəbər verir ki, reytinqdə birinci yerdə Natali Portmanın baş rolda çəkildiyi “Annihilasiya” adlı elmi-fantastik film qərarlaşıb.

Populyarlığına görə ikinci yerdə  “Sən heç vaxt burada olmamısan” adlı triller gəlir. Filmdə baş qəhrəmanı canlandıran Xoakin Feniks  Amerikalı senatorun qızını xilas etməyə çalışır.

İlk üçlüyü Endi MakDauelin iştirak etdiyi “Ard-arda məhəbbət” romantik melodraması tamamlayır.

Onluğa eyni zamanda İranın çəkdiyi “24 kadr” adlı sənədli film, “Paddinqtonun sərgüzəştləri 2”, “Qara pantera”, “Paranormal hal”, “Sevimli ölkə”, “İtlər adası” və “Noyabr” filmləri daxil edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...