Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Daha bir DJ Bakıya gəlir

Aprelin 27-29-da Bakıda keçiriləcək Formula-1 üzrə Azərbaycan Qran-Prisinin konsert proqramında çıxış edəcək daha bir əcnəbinin adı açıqlanıb. 

Bakı Şəhər Halqasından Mynews.az-a verilən məlumata görə, tanınmış DJ Martin Solveyq ölkəmizdə baş tutacaq yürüş üçün paytaxtımıza gələcək.

O, aprelin 29-da britaniyalı ulduz Dua Lipanın axşam konsertinin ardınca səhnəyə çıxacaq. Əvvəlki illərdən fərqli olaraq, bu il konsert tədbirləri və ardınca davam edəcək əyləncəli gecə proqramları “Bakı Kristal Zalı”nda keçiriləcək.

Qeyd edək ki, əsl adı Marten Pikande olan 41 yaşlı DJ Fransadandır.

Xatırladaq ki, Camirokvay qrupu, Dua Lipa, Kristina Aqilera və Afrocek də Formula-1 üçün Bakıya konsert verməyə gələcək.   

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...