Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yeni barışan Aygün və Natavan eyni layihədə - FOTOLAR

Doqquz ildir ki, bir-birilərinə atmacalar atan, qalmaqallar edən və məhkəmə çəkişmələri olan iki məşhur müğənni: Aygün Kazımova və Natavan Həbibi bir araya gəlib. 

Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, tanınmış simalar "Zəfərə doğru" adlı layihədə iştirak ediblər. Onlar sözləri Cəlal Qurbanov, musiqisi Eldar Mansurova məxsus bəstə üçün çəkilən klip çəkilişində iştirak ediblər. 

Yeni barışan cütlük kameralara səmimi poza veriblər.

Qeyd edək ki, sözügedən layihədə incəsənət dünyasının tanınmış simaları, ictimai xadimlər, idmançılar yer alıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...