Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Daşım yaman ağırdı..." - Aygünün qızı

Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımova 106.3 FM-də Kazım Sübhanın qonağı olub.

Mynews.az-ın məlumatına görə, İlqarə arıqlamağından danışıb:

“Gözəl yeməklər bişirirdim. İndi məndən soruşanda ki, nə vaxt yemək bişirirsən? Deyirəm, bir də yemək bişirməyəcəm. Çünki mən ömürlük pəhrizdəyəm”.

İlqarə dostlarından da söz açıb. O bildirib ki, son günlər dostluq etdiyi insanlardan zərbələr alıb:

“Rəfiqədən yarımamışam. Mənim daşım yaman ağırdı. Əvvəl deyirdim ailə önəmli deyil. Amma indi baxıram ki, yox, onların böyüdüyü ailəyə fikir vermək lazımdır. İllər ərzində anamın ətrafında olanları da görmüşəm. Son varxtlar dostlarıma qarşı ayrıseçkilik edirəm. Kimin yeri haradı bilməlidirlər”.

İlqarə geyim həvəskarı olmadığını söyləyib:

“Geyim həvəskarı deyiləm. Hərdən elə olur ki, xoşuma gələn paltarı cırılana qədər geyinirəm. Paltarı saatlarla seçmərəm, amma makiyaj edərəm. Stilistlər çox deyir ki, gəl səni bəzəyək, getmirəm. Alış-verişi isə anama həvalə edirəm. O, hara gedirsə, alıb gətirir. 

Anam çox güclüdür. Bəzən pis olanda anama baxıb, deyirəm ki, mən də onun kimi güclü olmalıyam. Əlləri buraxmaq olmaz”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...