Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tatlısəsdən "Oğullarını əsgər göndər" deyən Demetə cavab

Müğənni Demet Akalının “oğullarını əsgər göndər” sözlərinə İbrahim Tatlısəsdən cavab gecikməyib.

BiG.AZ-ın Türkiyə mediasına istinadən məlumatına görə, Hatayda əsgərlərlə görüşə çağrılmayan Demet bundan incidiyini dilə gətirmişdi. Tatlısəs isə hər kəsin dəvət olunduğunu, Akalının yersiz sitəm etdiyini bildirmişdi. Demet sosial şəbəkə vasitəsilə “Mayın 2-də qardaşım hərbi xidmətə yola düşür. Tatlısəs də oğullarını göndərsin” ismarışını yazmışdı. Oğlu Ahmedin əsgərlik fotosunu paylaşan İbrahim həmkarının cavabını belə verib: 

“Mən o sözləri Demet xanıma deməmişdim. Sözü kimə dediyimi bilən bilir… Söhbət vətən eşqindən gedirsə, oğlum Ahmed əsgərliyini Sarıqamışda çəkib. Qəhrəmanlığına görə isə 3 medal alıb. Həmin vaxt jurnalist Reha Muhtarla xəbərlərə belə çıxmışdı. Arxivləri araşdırıb tapın!”. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...