Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əməkdar artistin qızı onları polisə verdi

"Bu ay iki sosial mediya istifadəçisini polisə vermişəm. Ünvanıma etdiyi təhqir və böhtana görə... Çox şükür ki, tək özü yox, bütün ailə üzvlərinə kimi tapılıb. Mən və ailəm həmişə suyu belə üfürə-üfürə içmişik".

Mynews.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva sosial şəbəkədə yazıb.

Aynişan onu təhqir edən istifadəçilərini polisə şikayət etdiyini bildirib:

"Heç kimə ixtiyar vermirik bizim adımızı durduğu yerdə hallandırsın. Özündən şər, böhtanlar uydurub ünvanımıza səsləndirsin və ya təhqir etsin.

Orada-burada yazdıqlarınızı sağ olsun dostlar çəkib bizə göndərirlər. Şərh yazan insanın kimliyi bir neçə saat ərzində müəyyənləşir. Lazımi qurumlar bu məsələlərə həssaslığı göstərib, haqqımızın tapdalanmağına icazə vermirlər.

Sonradan üzr istəyib, əf diləməkdənsə, dilinizə sahib çıxın. Mənə və ailəmə reputasiyamız çox önəmlidir, ona kölgə gətirmək istəyən hər kəs cəzasını alıb və alacaq".

Qeyd edək ki, A.Haşımova da ötən gün yazdığı statusla gündəmə gəlmişdi. O, prezidentə müraciət edərək, bütün xəbər portallarının bağlanmasını istəyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...