Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Vüsaləni hövsələdən çıxardılar - "Şərəfsiz məxluqlar"

Aparıcı Vüsalə Əlizadənin İnstaqram səhifəsinə edilən hücumların qarşısı alınıb. 

Mynews.az xəbər verir ki, hakerlər tərəfindən səhifəsinə müdaxilələr edilən aparıcı ona görə narahat olan hər kəsə təşəkkürünü bildirib. Vüsalə, eyni zamanda bunu edənlərin kim olduğunu bildiyini də deyib: 

“Səhifənin oğurlanmasından sevinənlər də az deyildi. Arsızcasına hələ mənə yazıb məlumat verirlər. Guya narahat olublar. Həmin şəxsin “Direct”inə də yazıblar ki, Vüsalənin səhifəsində tez məni reklam et. Necə şərəfsiz məxluq olduqlarını sübut ediblər. Çox yazıqsınız, sevincinizi qursağınızda qoymaram? Mənim göydə Allahım, yerdə çox güclü qoruyucu mələyim var. Heç vaxt heç kimin heç nəyində gözüm olmayıb. Öz gücümə halallıqla qazandığım uğurumu kimsə məndən ala bilməz”. 

Qeyd edək ki, Vüsalənin səhifəsinə edilən haker hücumu Türkiyənin Kayseri şəhərindən olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...