Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu dəfə Damla tac qalmaqalına qoşuldu

Şou-biznesdəki tac qalmaqalına bu dəfə müğənni Damla qoşulub.

Mynews.az-ın məlumatına görə, prodüser-aparıcı Tarix Əliyev verilişinə qonaq olan sənətçinin başına tac qoyub.

Tolik bu addımının da qalmaqala səbəb olacağını deyib:

“Bunu ürəyim istədi etdim. Şişirtməsinlər ki, Tolik İlhamə Quliyevadan sonra kiməsə tac taxdı. Damlaya saytlarda o qədər tənqid yazdım ki... Bir dəfə məni qara siyahıya atıb, cavab vermədi”.

Qeyd edək ki, bundan əvvəl Tolik xalq artisti Nazpəri Dostəliyevanın başına tac qoymuşdu. Onun bu addımı qalmaqala səbəb olmuşdu. Daha sonra müğənni Elnarə Xəlilova tac taxmış və qınanılmışdı.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...