Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı müğənninin sevgilisi qayınatasının qarşısına qısa geyimdə çıxdı - VİDEO

ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonaqları əməkdar artist Rəhman Rəhmonov və onun müğənni oğlu Emin Rəhmanoğlu olub.

BiG.AZ-ın məlumatına görə, Emin efirə müğənni sevgilisi ilə birlikdə gəlib. O, xanımı ilk dəfə proqramda atası ilə tanış edib. 

Gəlin namizədin qısa geyimdə efirə gəlməsinə Əli Mirəliyev etiraz edib:

“Şəxsən mən gözləməzdim ki, qayınatanın qabağına belə çıxasan. Bir balaca başqa cür olmalı idi. Ağsaqqaldı, atadı. Düzdür, müasir dünyadı. Biz yaşlılar insanlara nümunə olmalıyıq. Gərək biz bu işə barmaqarası baxmayaq”.

Mirəliyevin bu sözlərinə müğənninin atasından cavab geçikməyib:

“Əgər Emin üçün xoşdursa, mənim üçün də xoşdur. Emin ürəyi, qəlbi təmiz oğuldur. Sənəti də göz qabağındadır. Hamı onu çox istəyir. Əsas odur ki, xalq onun sənətinə qiymət verir. Mənə elə gəlir ki, onun sevgisi də plotonik, ülvi olar. Qıza gəlincə isə, onu indi tanıdıq hələ. Məncə yaxşı olar. Emini pis adam istəyə bilməz”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...