Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xəyyam Nisanov ata olacaq

Müğənni Xəyyam Nisanov “Xəzər maqazin”ə şəxsi həyatı ilə bağlı açıqlama verib.

Mynews.az xəbər verir ki, sənətçi yay aylarında ata olacağını deyib:

“Mənim üçün çox sevindirici haldır. Hər bir insan kimi, mən də evlənəndən sonra uşağım olsun istədim. Yay ərəfəsində sizləri sevindirəcəm. 

Uşağın qız və ya oğlan olmasını hamı soruşur. Bu haqda danışmağı sevmirəm, heç özüm də cinsini bilmirəm. Bir övladla iş bitməyəcək. Mən dörd övlad istəyirəm”.

Xatırladaq ki, Xəyyam ötən ilin mayında Nərmin adlı xanımla ailə qurub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...