Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gecə efirinə büstqaltersiz çıxan aparıcımız - "Alt paltarsız daha gözəl görünür..."

"Yarasa" proqramı ilə tamaşaçıların qarşısına çıxan aktrisa Könül Yusifqızı geyimi ilə diqqətləri üzərinə çəkib. Belə ki aktrisa aparıcılığını etdiyi verilişin canlı yayımına yataq paltarı olan "pünyar"da və alt paltarsız geyimdə çıxıb.

Mynews.az xəbər verir ki, bununla bağlı sonxeber.az-a açıqlama verən aparıcı-aktrisa Könül Yusifqızı qeyd edib ki, geyimlərində qeyri-adi heç nə yoxdur:

"Elə geyimlər var ki, onlar alt paltarsız geyinilir. Bunu bütün xanımlar bilir. O paltarlar alt paltarı ilə gözəl görünmür. Ən önəmlisi nəzərə alınmalıdır ki, mənim verilişim gecə şousudur. Keçən dəfəki geyimim də normal idi. Onu bu qədər şişirtməyə ehtiyac yoxdur. Əvvəl qeyd edim ki, o gecə geyimi deyildi. Kardiqan idi. Səhnədə olan bir çox xanımlara baxsaq görərik ki, hər birinin öz stili var. Bu gün gecə paltarına oxşar paltarlar var. Hətta onların parçası da oxşayır. Bu kardiqanlar cins şalvarların üzərindən də geyinilir. Kimlərsə bu cür fikirləşirlərsə özləri bilər. Mən onların ağzını yuma bilmərəm. Yəqin düşüncələri bura qədərdir. Mənim efirə geyindiyim paltarlar normaldır".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...