Azərdən Vüsaləyə cavab - "...unutmasın, keçmişdə kim olub"
Xəbər verdiyimiz kimi, aparıcı Azər Zahid keçmiş həyat yoldaşı Vüsalə Əlizadə ilə birgə fotosunu sosial şəbəkədə paylaşıb. Ancaq Vüsalə Azərin paylaşımını reklam adlandırıb.
Axşam.az-ın məlumatına görə, Əlizadənin bu sözləri qarşı tərəfi bərk qəzəbləndirib:
"Dostlar, deməli belə! Bir neçə gün öncə bir şəkil paylaşdım, hansı ki, internetdə doludur o şəkildən. Keçmiş mənim üçün keçmişdir, basdırmışam! Nə isə, qısa yazacam. Çoxları yenə fırlatdı keçmiş həyatıma. İndi cavab verim! Yadınızda qalsın, keçmiş hər zaman keçmişdir. İnsan gərək unutmasın ki, keçmişdə kim və nə olub. Nəticədə isə sonu pis olur. Qısası mənim üçün önəmli övladımdır. Məni onsuzda hər zaman aqressiv, özündən razı tanımısınız. Bəli, çünki efirdə o cür xarakter sərgiləyirəm. Bu xarakter, kişi xarakteridir. Nəyə görə bunu dedim çünki, lazım olsa, çəkinmədən sözümü üzünə deyib rəzil edərəm həmin insanı, əgər günahı varsa. Yenədə hər kəsin fikirlərinə hörmətlə yanaşıram. Baxmayaraq ki, sari tellərə toxunub, mələk qismində yazı yazıb auditoriya toplamıram. Necə varam, eləyəm. İstəyən izləyir, istəyən tənqid edir. Öpürəm hər kəsi. O dünyada əridib yandıracaqlar. Bu dünyada kef başqadı. Yoza bilərsiz. Niyə görəsən insanlar bir-birilərinə qarşı kin bəsləyirlər. Hər şeydə bir gözəllik yox, pislik axtarmağa çalışırlar. Biz öz səhvlərimizdən və keçmişimizdən nə qədər qaçsaq da, o, bizim alın yazısı kimi yaşadıqlarımızdı. “İt hürər karvan keçər”. Bir sözlə, Allah hər kəsə ürəyinə görə versin".
Qeyd edək ki, Azər və Vüsalə cütlüyü 2013-cü ildə ayrılıb. Onlar qalmaqallı şəkildə boşanmışdılar. Cütlüyün Dilək adlı bir qız övladı var. Azər 2016-cı ildə ikinci dəfə ailə qurub.
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1117 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1104 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1104 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1100 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 996 dəfə oxunub