"Çətindir, çox əziyyət çəkirəm" - Könül
“Çətindir, çox əziyyət çəkirəm. Səhər efirdəyəm, bir də axşam. Gün ərzində cəmi iki saat yuxu yatıram”.
Mynews.az-ın məlumatına görə, bu sözləri Axşam.az-a açıqlamasında aparıcı könül Muxtarova deyib. "Lider" telekanalının aparıcısı son günlər çox çalışdığını, dostlarından belə uzaqlaşdığını söyləyib:
“İşimin çox olması bir yandan yaxşıdır. Hamıdan uzaq olmuşam. Şou-biznesdən də, başqa sahədən olan dostlarımdan aralanmışam. İşimdən sonra ancaq qızıma vaxt ayırıram. Gün ərzində danışdığım təkcə həmkarım Arzu Həmzəyevadır".
Könül iki proqram aparmasını qınayan dostlarının olduğunu bildirib:
"Paxıllığımı o qədər çəkirlər ki... Deyirlər, kanal başqa aparıcı tapmır? Səhər də efirdədir, axşam da. Amma tamaşaçılardan aldığım mesajlardan görürəm ki, məni necə sevir”.
Aparıcı bir müddət əvvəl səhhətində problem yarandığını etiraf edib:
“Bir ara səhhətimdə ciddi problem yarandı. Həkimlər nə olduğunu bilmirdilər. Hətta xaricə müalicəyə gedirdim, amma alınmadı. İndi yaxşıyam. Amma enerji mənbəyi istəyirəm, çünki tükənmək üzərədir”.
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 992 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 955 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 945 dəfə oxunub