Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Mədəniyyətsiz..." - Lətifə əsəbiləşdi

Müğənni Lətifə Soyuözün “Pusula” mahnısını türkiyəli sənətçi Emre Sert Kaya oğurlayıb.

Mynews.az-ın məlumatına görə, sənətçi “Atv maqazin onlarla”da bildirib ki, bu hal onu çox qəzəbləndirib:

“İnsanda mədəniyyət olmalıdır ki, bunun ilk ifaçısı kimdir. O gün albomundakı bütün mahnıları təqdim edir, sonda isə “Pusula”nın adını çəkir. Demir ki, bunu haradan götürüb, özününküymüş kimi danışır.

İlk dəfə mahnını “O səs Türkiyə”də oxuyublar. Bu da normaldır. Amma alboma daxil etmək mədəniyyətsizlikdir. Heç olmasa, getdiyi yerlərdə desin. 

Məhkəməyə müraciət edə bilərdim. Amma Azərbaycanlı müğənni tərəfindən onlara jest olsun. Gəncdir, hörmətsizlik etməsin”.

Müğənninin sözügedən ifasını 41-ci dəqiqədən sonra dinləyə bilərsiniz:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...