Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Çətindir, çox əziyyət çəkirəm" - Könül

"Çətindir, çox əziyyət çəkirəm. Səhər efirdəyəm, bir də axşam. Gün ərzində cəmi iki saat yuxu yatıram".

Mynews.az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında aparıcı Könül Muxtarova deyib. "Lider" telekanalının aparıcısı son günlər çox çalışdığını, dostlarından belə uzaqlaşdığını söyləyib:

"İşimin çox olması bir yandan yaxşıdır. Hamıdan uzaq olmuşam. Şou-biznesdən də, başqa sahədən olan dostlarımdan aralanmışam. İşimdən sonra ancaq qızıma vaxt ayırıram. Gün ərzində danışdığım təkcə həmkarım Arzu Həmzəyevadır".

Könül iki proqram aparmasını qınayan dostlarının olduğunu bildirib:

"Paxıllığımı o qədər çəkirlər ki... Deyirlər, kanal başqa aparıcı tapmır? Səhər də efirdədir, axşam da. Amma tamaşaçılardan aldığım mesajlardan görürəm ki, məni necə sevir".

Aparıcı bir müddət əvvəl səhhətində problem yarandığını etiraf edib:

"Bir ara səhhətimdə ciddi problem yarandı. Həkimlər nə olduğunu bilmirdilər. Hətta xaricə müalicəyə gedirdim, amma alınmadı. İndi yaxşıyam. Amma enerji mənbəyi istəyirəm, çünki tükənmək üzərədir".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...