QALMAQAL! Könül Təranə haqda - "Həqiqəti bilsəniz, həyata nifrət edərsiniz"
Müğənni Könül Kərimova ilə Təranə Qumral arasındakı qalmaqal böyüyüb.
Mynews.az axşam.az-a istinadən verdiyi məlumatına görə, Kərimovanın “5/5” verilişində Təranəni görəndə durub getməsi hələ də müzakirə edilir. Müğənni bununla bağlı sosial şəbəkədə onu qınayan izləyicisinə cavab verib.
K.Kərimova T.Qumralla bağlı baş verənlərin gerçək tərəfini açıqlamaq istəmədiyini biıdirib:
“Siz həqiqəti bilsəniz, həyata, insanlığa nifrət edərsiniz. Ən azı yazdıqlarınıza görə utanarsınız. Şükr edirəm ki, həmin an ürəyim dayanmadı. Allah mənə güc verdi. Nə isə. Hər şey yaxşıdır”.
T.Qumral isə bu paylaşımı yayımlayaraq Könülə iradını bildirib: “Dostlar, bu, Könüllə bir xanımın yazışmasıdır. Necə yayıldığını bilmirəm. Amma atalar yaxşı deyib, keçinin buynuzu qaşınanda, özünü sürtməyə yer axtarır. Zaur Kamalın verilişinə gəlmişdim, üzbəüz, xalqın qarşısında sözünü üzümə deyərdin. Oradan qaçıb arxadan niyə xəlvət yazışırsan? Mən heç nə demirəm, hər şeyi sizin ixtiyarınıza buraxıram”.
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 961 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 931 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 921 dəfə oxunub