Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ABŞ-dan azərbaycanlı meyxanaçıya müdhiş TƏKLİF - "GƏL BURA ..." - VİDEO

"Məni sevmir o gözəl yar" adlı musiqili meyxanası ilə adını brendləşdirən, məşhurluq qazanan, Azərbaycan bayrağını əcnəbi ölkələrdə dalğalandıran meyxanaçı Tərlan Novxanı XƏBƏRÇİ.AZ-a müsahibə verib. 

BiG.AZ xəbər verir ki,Ötən həftə 4-cü kilipi "Xəyanət etmərəm" adlı musiqili meyxanasını Özbəkistanın əməkdar artisti Manzura xanımla birgə duet şəklində ifa edən Tərlan Novxanı klip zamanı başına gələnləri bizimlə bölüşüb.

Bu duetdən sonra ABŞ-dan təklif alan Tərlan Novxanı və Manzura xanım səfərə hazırlaşırlar:

" "Xəyanət etmərəm" adlı duetimizdən sonra ABŞ-dan çox maraqlı təklif gəldi. Klip bir həftə idi ki, yayımlanmışdı ABŞ-dan zəng gəldi ki, ikiniz burada konsert verin, qonarar da çox yüksək idi. Bu artıq uğurdur, Azərbaycanımın adıdır. Toylarımız çoxaldı, artıq toylarda bizi birgə görmək istəyənlər var. Nəysə özbəklər məni çox istəyirlər. "Xəyanət etmərəm" dən əvvəl digər mahnımı da orada Uluqbek Rəhmətullayevlə birgə ifa etmişdim, çox uğurlu alınmışdı. Bütün bunlar Azərbaycan və Özbək mədəniyyətinin birgə təbliğ və təmsilidir. Elə konsert zamanı Manzura xanımla tanışlığımız yarandı və mənə təklif etdi ki, bəlkə belə bir mahnı yazasınız, mənimlə də duet ifa edək. Mən də, ona əlaqə vasitələrimi verdim və dedim ki, problem yoxdur. Mahnı yazıldı və oxuduq. Öncə düşündük o Azərbaycan, mən isə Özbək dilində ifa edim amma alındıra bilmədik. Sonra o təklif etdi ki, klipi Özbəkistanda ya Dubayda çəkək mən razı olmadım. İstədim ki, Azərbaycanda çəkilişlərimiz reallaşsın. Profesional rejissorumuz Nail Naiboğlu da elə bir klip yaratdı ki, ölkəmin gözəlliyi, Vətənimin firəvanlığı min başqa şəhərləri kölgədə qoydu".

"Yaxşı keçək əsas məsələyə. Bəs görəsən klipin xərclərini kim çəkib" sualı deyəsən meyxanaçını bir azca həyəcanlandırdı: "Xərclər 50-50 - yə oldu. Amma əlimdən gələni onun üçün etdim ki, rahat olsun. Klipin piarını da o öz ölkəsində, mən də öz ölkəmdə təbliğ edim. Sadəcə seçkilərlə bağlı konsertlərdə, tədbirlərdə oldum, bu işlərə zaman ayıra bilmədim. Ancaq indi Manzura xanımla ikinci duetimizi hazırlayırıq".

"Eşitdiyimizə görə Manzura xanım klip zamanı sizə yaman qadağalar qoyub" sualı meyxanaçını yaman güldürdü: "Qadağa deməzdim şərt deyərdim. İnsana o zaman qadağa qoyarlar ki, həmin kəs ona cəhd göstərsin. Bizdən isə belə təklif olmayıb. Sadəcə şərt deyərdim. Hə bir az kaprizləri var, hər xanım da bu var. Amma əsas çox mədəni, səmimi insandır. Deyirdi ki, çox yaxınlaşma, gözümün içinə baxma, əl təması olmasın. Qorxurdu ki, ölkəsində ona münasibət dəyişər, deyərlər ki, getdin başqa ölkədə yad kişi ilə o cür münasibət qurdun. Mən də xanımın fikrinə ikiəlli razı oldum, çünki biz də müsəlman ölkəsiyik".

Qeyd edək ki, meyxanaçı Tərlan Novxanının "Sevinc getdi", "Könül həmdəmim", "Sevə bilmərəm" və s. kimi sevilən musiqili meyxanaları da məşhurdur.
ABŞ-dan azərbaycanlı meyxanaçıya müdhiş TƏKLİF: "GƏL BURA ..." - VİDEO FOTOLAR
ABŞ-dan azərbaycanlı meyxanaçıya müdhiş TƏKLİF: "GƏL BURA ..." - VİDEO FOTOLAR
ABŞ-dan azərbaycanlı meyxanaçıya müdhiş TƏKLİF: "GƏL BURA ..." - VİDEO FOTOLAR
ABŞ-dan azərbaycanlı meyxanaçıya müdhiş TƏKLİF: "GƏL BURA ..." - VİDEO FOTOLAR

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...