Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İkinci “İlhamə Quliyeva” gəlir

Müğənni Samir Piriyev “ATV maqazin onlarla” verilişinin “Hit-parad” rubrikasının qonağı olub.

Mynews.az-ın məlumatına görə, sənətçi yaxın dostu Natavan Həbibi haqda qalmaqallı açıqlama verib.

Natavanın “Sevgi bizi yola verdi” mahnısını onluqda ikinci etsə də, sənətçinin özünün ünvanına sərt sözlər deyib:

“Buğa bürcündəndir, dəhşətdir. Natavan idarəçidir. Biz "Aypara"da işləyəndə də belə idi. Hamı onunla məsləhətləşirdi. Aləmi bir-brinə vururdu. Ağbirçəklik edib, ana obrazı yaradırdı. Deyirdi, "Gəlin, mənlə məsləhətləşin". Natavanı kənardan müşayiət edirəm. İlhamə Quliyevanın məktəbini görüb. İkinci İlhamə Quliyeva gəlir, ehtiyatlı olun. Kiminlə işin olursa-olsun, mənimlə olmasın”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...