Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Nigar Camal Azərbaycanda sevilmir"

Müğənni Samir Piriyevlə Nigar Camal arasındakı qalmaqal böyüyüb.

Mynews.az-ın məlumatına görə, Samir Nigarın onun haqqında dediyi “Samiri tanımıram” sözlərinə olan qəzəbini gizlədə bilməyib.

Piriyev “ATV maqazin onlarla” verilişində Nigarın Azərbaycanda sevilmədiyini deyib:

“Bu qədər kanallara baxdın, bir dəfə Samir Piriyevi tanımadın? Elə oxuyanları tanıdı ki... Qeyri-səmimiliyini göstərdi. Mənim Nigar Camalı tanımamağı deməyim nə qədər səmimi olardı? Səhnədə Eldarla (müğənni Eldar Qasımov - red.) bayraqla qaçdılar, onları birinciliyə çıxardılar, sağ olsunlar. Onlardan da güclüləri Samir Cavadzadə, Elnur Hüseynov var idi. Həmin il səhnəyə başqa müğənni çıxsa da, birinci olacaqdı. Gözəldir, şarmlıdır, amma Azərbaycanda sevilmir. Azərbaycanın Cennifer Lopesi ola bilərdi. Eqolarını kənara qoysa, uçar gedər”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...