Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İntihar edən azərbaycanlı müğənnilər - FOTOLAR

Son zamanlar intiharların sayında artım müşahidə edilir. Təəssüf ki, intihar edənlər arasında tanınmış insanlar da var.

Müğənni Elvin Ordubadlı (Quliyev) intihar edib. Müğənni özünü yaşadığı evin 5-ci mərtəbəsindən atıb.

E.Ordubadlı "Azərbaycanın səsi" musiqi yarışmasının iştirakçısı olub. Müğənni Azərbaycanı 2014-cü ildə "Türkviziya" mahnı müsabiqəsində əməkdar artist Elza Seyidcahanın bəstələdiyi "Divlərin yalnızlığı" mahnısı ilə təmsil edib.

Yanvar ayında metronun "Ulduz" stansiyasında intihar edən 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğlu müğənnilik fəaliyyəti ilə məşğul olurmuş. O, həm də "Glamour Center MMC" adlı yerdə direktor vəzifəsində çalışırmış və bayram günlərində Qəbələyə tur da təşkil edib. Çox pozitiv, əyləncəyə meyilli, şən olan gəncin hansı səbəbə görə belə addım atması məlum deyil.

İntiharı ilə gündəmi zəbt edən gənc müğənni Sura Əsgərli özü ilə bir çox sirləri apardı. Özünü yaşadığı evdəcə asan gənc qızın intihar səbəbləri ailəsi və bütün hamı üçün sirr olaraq qalır. 23 yaşlı Sura Əsgərli Xəzər rayonu, Buzovna qəsəbəsində yaşadığı mənzildə özünü asaraq intihar edib.
İntihar edən azərbaycanlı müğənnilər - SİYAHI+FOTOLAR
Onun evin zirzəmisində asılmış meyitini isə anası aşkar edib.

birxeber.az
İntihar edən azərbaycanlı müğənnilər - SİYAHI+FOTOLAR

İntihar edən azərbaycanlı müğənnilər - SİYAHI+FOTOLAR

İntihar edən azərbaycanlı müğənnilər - SİYAHI+FOTOLAR

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...