Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Günay efirdə Ayselə "tənbəl" dedi - gərgin anlar

Müğənni Günay İbrahimli “5/5” verilişinin qonağı olub.

Mynews.az-ın məlumatına görə, sənətçi yaşıdları arasında ən çalışqan ifaçı özünün olduğunu deyib:

“Yaşıdlarım arasında ən çox çalışan özüməm. Mənimlə eyni vaxta gələn müğənnilərin hamısından çox klip çəkdirirəm, mahnı yazdırıram. 12 ildir bu səhnədəyəm. Amma xalqın gözündə nömrə bir başqadır. Hərə birini sevir”.

Günayın sözlərinə aparıcı Zaur Kamal münasibət bildirib. O, studiyada olan Aysel Əlizadəyə üzünü çevirərək “Aysel, sən tənbəlsən” sualını ünvanlayıb.

Aysel isə Günayın sözlərinə etiraz edib:

“Tənbəl deyiləm. Sevda Yahyayeva da çox kliplər təqdim edir. Mənim də özümə görə təqdim etdiyim kliplər var”.

“Burada dava qatma. Aysel gözəl xanımdır, özünə baxır, arada onu tənbəllik tutur. Bunu etiraf etsin. Amma onun da öz sevənləri var. Mənim öz fikrimdir” deyə, Günay sözlərinə əlavə edib.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...