"Bədənimi görənlər üçün bu çoxdur" - Natavan
Müğənni-bəstəkar Murad Arifin “Popumuz var” proqramının qonağı Natavan Həbibi olub.
Mynews.az-ın məlumatına görə, sənətçi avtomobil sürmədiyini deyib:
“Əvvəl sürürdüm, indi isə arxada otururam, sürücü idarə edir. Özü də böyük maşınlar idarə edirdim”.
Natavan M.Arifin “Özünü seksual hesab edirsən” sualına belə cavab verib:
“Bu mövzuda heç vaxt narahat olmamışam. Qadınların mənə qarşı münasibətindən sonra başa düşmüşəm ki, bu problemdir. Qadınlar bu diqqəti özlərinə qarşı görməyəndə, başqalarına çox görürlər. Mən artıq böyümüşəm. Açıq-saçıq geyinəndə özümü rahat hiss etmirəm. Aygün Kazımova, Madonna bu tərzdə böyüyüblər, belə özlərini rahat hiss edirlər. Amma mən özümə qıymıram. Mənim bədənimi görənlər üçün bu çoxdur”.
Sənətçi nikahdankənar övlad dünyaya gətirmək haqda sualdan danışmaq istəməyib:
“Bu mövzuya münasibət bildirmək mənə düşmür. Fikirləşirəm ki, qismətdən asılı olan bir şeydir. Hər bir xanım istəyir ki, rəsmi ailə qursun və övlad dünyaya gətirsin. Alınmayanda özü də, ətrafı da üzülür. Dünyaya gələn uşağın həyatında da problemlər olacaq. Bu məsələyə nə gülə, nə pis, nə də yaxşı baxa bilərəm. Qınaya da bilmirəm, Allah köməkləri olsun. Yaşamamış heç kəsi qınaya bilmərəm. Elə şeylər olub ki, qınamışam, sonra başıma gəlib”.
Natavan xalq artisti Aygün Kazımovanın “Hardasan” mahnısından danışıb və çox bəyəndiyini deyib. Həbibi bildirib ki, onunla barışdığı üçün vicdanının rahat olduğunu deyib:
“Bomba mahnıdır. Bu yaxınlardan maşında gedirdik. Dedim ki, ay Allah, bu mahnı nə yaxşı indi çıxdı. Çünki indi vicdanla qulaq asıram. Münasibətimiz pis olanda “Yenə tək” mahnısını dinləyirdim, amma ondan incik olduğum üçün vicdanım rahat durmurdu, deyirdi ki, “yaxşı da, kişi ol”.
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 954 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 926 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 916 dəfə oxunub