Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İrina Şayk gözəllik sirlərini - açıqladı - FOTOLAR

Ötən günlərdə Real Madridin portuqaliyalı ulduzu Kristiano Ronaldonun köhnə sevgilisi İrina Şaykı hələ də sevdiyi və ayrıldığı üçün təəsüfləndiyi iddia edilmişdi.

Metbuat.az bildirir ki, dərin üz xəttləri, dolğun dodaqları və yaşıl gözləri ilə bir çox insan tərəfindən qibtə edilən İrina Şayk qüsursuz dərisi və gözəlliyi ilə diqqətləri öz üzərinə çəkir. Gözəl model dəriyə qulluq və makiyaj sirlərini açıqlayıb.

“ Hər səhər qalxdıqda üzümü içində bol buz olan su ilə yuyuram. Bu proses dərimi parlaq və canlı edir. Gecə gec yatdıqda və yorğun göründükdə üzümü təxminən 10 dəqiqə buz içində saxlayıram. Bu prosesdən sonra üzümə sərinlədici sprey sıxıb, nəmləndirici vururam. Dərimi nəmləndirməyi heç vaxt unutmuram.”

İrina Şayk “İşimlə əlaqədar olaraq makiyaj həyatımın vazkeçilməzi olub. Amma gündəlik həyatımda çox makiyaj istifadə etməməyə çalışıram. Makiyajı çox sevsəm də dərimi qoruyuram. Gündəlik həyatımda dərimdə qüsurları örtmək incə bir qapadıcı, tuj, çəhrayı ənlik və şaftalı tonlarında dodaq nəmləndiricisi istifadə edirəm.” deyib.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...