Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əməkdar artistlər arasında QALMAQAL - "Onunla yaxşıca vuruşdum..." - VİDEO

Əməkdar artist Kəmalə Rəhimli ilə həmkarı Ruhəngiz Musəvi arasında qalmaqal olub. 

BiG.AZ xəbər verir ki, bu barədə K.Rəhimli “APA TV” də aparıcı Yalçın Uğurun təqdimatında yayımlanan “Show time” verilişində danışıb:

“Bu Ruhəngizin öz səhvi olub. Mən heç kəsə ilişən adam deyiləm. Heç kəslə də maraqlanmıram. Ancaq mən maraq nöqtəsindəyəm. Hər zaman mənimlə maraqlanıblar. Feysbukda da mənlə maraqlanır, söz atırlar. Məni heç kəs maraqlandırmır. Çünki özümü hamıdan artıq bilirəm. Ruhəngiz mənə qarşı çox böyük bir səhv elədi. Məhz buna görə də onunla əlaqəmi kəsdim. Telekanallara çıxışımı istəmir. Onunla yaxşı vuruşdum. Sözləşdim, dedim, nə ixtiyarla mənim adımdan belə söz demisən? Mənim adımdan başqa yerdə söz danışmışdı, ona görə də ondan bərk incidim. Bu qədər”.

Qeyd edək ki, K.Rəhimli ilə R.Musəvi illər öncə yaxın rəfiqə olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...