Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nazpəri Dostəliyeva İlhamə Quliyevadan danışdı - "Sözsüz ki, onu..."

Xalq artisti Nazpəri Dostəliyeva "Klip+" verilişində qonaq olub.

Mynews.az
xəbər verir ki, sənətçi illərlə küsülü olduğu xalq artisti İlhamə Quliyeva haqda danışıb. O, mərhum müğənnini bağışldığını deyib:

"Sözsüz ki, onu bağışladım. Allah rəhmət eləsin. İndi haqq dünyasındadır, yanlış addımlar atdı, sonra peşman oldu. 

İllərlə efirlərdə, konsertlərdə olan sənətkar var ki, mənim üç-dörd ildə qazandığımı əldə edə bilməyib. Statusu, sevgini, dövlət tərəfindən hörməti qazanmaq üçün dürüst və sənətkar olmaq lazımdır".

N.Dostəliyeva "Nazpəri xanım sevir" sualına belə cavab verib:

"Fəxr edirəm, gecə-gündüz şükür edirəm ki, Allah mənə övladlıq, valideynlik və nənəlik bəxş etdi. 
 

Əlbəttə ki... Hesab edirdiniz ki, Nazpəri sevilmir? Nazpəri həm sevir, həm də sevilir...".//big
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...