Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aysel “Eurovision”da ilk məşqini edib - VİDEO - FOTOLAR

Bu il ölkəmizi “Eurovision 2018” mahnı yarışmasında “X my heart” mahnısıyla təmsil edən Aysel Məmmədova (Aisel) Lissabonda ilk məşqini edib.

Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, onun məşqdən olan videosu "Youtube" portalında yayımlanıb.

Ağ geyimdə xüsusi səhnə dekorasiyası ilə səhnəyə çıxan Ayseli 4 portuqaliyalı ifaçı: Rui Andreyd, Salom Kaldeyra, Hüqo Baptista və Sandra Di Andreyd müşayiət edib.

Qeyd edək ki, yarışmanın ilk yarımfinalı may ayının 8-i, ikinci yarımfinal mayın 10-u, final isə mayın 12-si keçiriləcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...