Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Röya: "O dünyada onları qapıdan mən keçirəcəm"

Əməkdar artist Röya Ayxan Nail Naiboğlunun təqdimatında yayımlanan "Stop" verilişinin qonağı olub.

Mynews.az oxu.az-a istinadən xəbər verir ki, Xalq artisti Flora Kərimova ilə qalmaqalından danışan ifaçı "Röya anadır, bunu etməməlidir" kimi iradlara cavab verib:

"Bilmirəm, niyə məni müzakirə edəndə "ana" söhbətini ortaya atırlar. Analıq məgər səhnə ilə bilinir? Sənətdə "Anadır", "Atadır" deyə bir şey yoxdur. Madonna, Beyons ana deyil?

Sən gəlib mənim evimdəki tərbiyəni görsən, övladına heç illərə özün elə tərbiyən verməmisən. Övladımı saf böyüdürəm, hər şeydən xəbərsizdir. Dava, stresin nə olduğunu anlamır. İstəyirəm, insanlara qarşı sevgisi olsun".

Ayxan özündən böyük insanlarla qalmaqal etməsinin səbəbini onların paxıl olması ilə əlaqələndirib:

"Qalmaqal etdiklərim məndən kiçik müğənnilər olmayıb. Çünki heç vaxt onlara "ilişməmişəm". Böyüklər də məni yaxşı tanımayıblar. Köhnələr çox paxıldırlar.

Bizim nəsil bir-birini yola verir və hörmət edir. Bizdən sonra gələnlərdə isə ikiüzlülük, paxıllıq var". 

O daha sonra bildirib ki, Flora Kərimova ilə qalmaqal yaşamasının səbəbi İlhamə Quliyeva olub.

"Flora Kərimova ilə olan qalmaqalımda İlhamə Quliyeva ilə onların ədavətinin qurbanı oldum.

2006-cı ildə jurnalistlərdən biri dedi ki, "Primadonnadan xeyir-dua almısınız? Dedim ki, "Primadonna" yox, İlhamə Quliyeva. Özünə də zəng edib dedim ki, sizə heç vaxt "Primadonna", "Pribagema" deməyəcəyəm. Onunla açıq danışırdım. 

Bizim münasibətimiz yaranmağa başlayan zaman isə Flora Kərimova mənə zəng vurmağa, yanına çağırmağa başladı. İlhamə Quliyevaya inad mənimlə yaxınlıq etmək istədi. Mənim də səy vaxtlarım idi.

Başa düşmürdüm. İndi hamısını tanıyıram. Gördü ki, İlhamə Quliyeva məni efirdə tərifləyir, konsertimə gəlib, onunla da düşmən olduq. Allah uzun ömür verib, ağlımı əlimdən alacaqsa, qısa ömür versin, ağıllı gedim bu dünyadan.

Söz deyirsən, o dəqiqə deyirlər ki, o böyükdür, sən balacasan, sus. Bəsdir! İndiyədək siz bir qazanc əldə edib parikinizi dəyişə bilmirsiniz.

İndiyədək biz sizin üçün xahiş edirik, kirayəyə paltar gətirirlər. Sənsən ağıllı, yoxsa mən? Sənsən hörmətli, ya mən? Siz bizə hansı şəraiti yaratmısınız? İndi hansı müğənnini desən, girib 100 minlik paltarı pulsuz götürüb mağazadan çıxar. Çünki vaxtında Röya 500 minlik götürüb və pulunu ödəyib. Mən mağazaya gedəndə deyirdilər ki, filankəs paltar götürüb pulun ödəməyib. Deyib ki, vur, öldür məni. 

Siz bizə nə yaratdınız? 2007-ci ildə mənə aid veriliş də təşkil etmişdilər. Məni alan oğlan elə bilmişdi ki, bağçadan uşaq alır? 

Bunlar həmin vaxtlarda yatıblar. Yaşıdlarının çoxu da ölüb, gedib nəyisə soruşa bilmirsən. Amma mənə gedib soruşmaq da ayıb olar. Əşşi, mən buyam, bax beləyəm. Səhnədə açıq geyinəcəyəm, oğlum da mənimlə fəxr edəcək.

Onların yaşına çatanda heç kimin haqqını yeməyəcəyəm. O dünyada onları qapıdan mən keçirəcəm. Ona görə də cücə başları ilə qalmaqala "stop" versinlər. Öz "vedrə"lərinə baxsınlar".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...