Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Aygünlə duet oxudum və onu depressiyadan çıxardım" - Namiq

“Bizim bir-birimizə böyük dəstəyimiz olub. Bunu çox xırdaladım. Səhnəyə yanaşmağı, bir çox şeyləri öyrəndim. Amma bir çox şeyləri də öyrətdim”.

Mynews.az-ın məlumatına görə, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu “10-dan sonra” verilişində deyib.

Xalq artisti Aygün Kazımova ilə duet ortaqlığından danışan sənətçi gözlənilməz açıqlama verib. O bildirib ki, Kazımova ilə duet oxuyaraq onu depressiyadan qurtarıb:

“Aygünlə duetə başlayanda mən artıq stadionları doldururdum. Saraylara yerləşmirdim, stadionlarda çıxış edirdim. İranda, Moskvada konsertlərim olurdu. Ən parlaq vaxtım idi. Duetlə bir mərhələ də getdim qabağa. Yeni üslub yarandı sənətimdə. Şəfa stadionunda konsert verəndə bir media nümayəndəsi yox idi. Başa düşmürdüm ki, bunu işıqlandırmaq lazımdır. Duet ortağımdan onu, prodüserlə işləməyi öyrəndim.

Bəzən deyirlər, səni filankəs qaldırdı. Yanlışdır... Mən Aygünlə duet oxumazdan əvvəl o, depressiyada idi. Aygünlə duet oxudum, onu depressiyadan çıxardım. Həmin ərəfədə onun Hüseyin Dərya ilə duet oxumaq fikri var idi. Amma bir neçə dəfə görüş təyin etsələr də, Dərya gəlməmişdi”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...