Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aysel Məmmədova: Ərim xərçəngdən vəfat etdi - VİDEO

“Eurovision 2018” təmsilçimiz Aysel Məmmədova şəxsi həyatı barədə açıqlama verib.

Mynews.az xəbər verir ki, “Wiwibloggs”a müsahibə verən 28 yaşlı müğənni həyat yoldaşının xərçəngdən vəfat etdiyini bildirib: 

“Bu, həyatımın ən kədərli hekayəsidir. Həyat yoldaşım pianoçu idi, həyatıma pozitivlik və enerji gətirmişdi. Onun iş və həyat baxımından böyük təcrübəsi var idi. Həm musiqiçi, həm də dost kimi mənə çox şey öyrətdi. Məndən 12 yaş böyük idi, xərçəngdən vəfat etdi.

Münasibətlərimizin son illərində İsraildə müalicə aldı, bu səbəbdən də orada yaşayırdıq”. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...