Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Atamı ikimiz dəfn etdik" - VİDEO

Müğənnilər Sevil və Sevinc Səfərova bacıları ARB TV-nin “Səhər-səhər” verilişinə qonaq olublar. 

Mynews.az-ın məlumatına görə, bacılar atalarını itirməklərindən söz açarkən göz yaşlarını saxlaya bilməyiblər:

“Bu gün həm evin kişisiyik, həm də anamın qızlarıyıq. Atamız 54 yaşında vəfat etdi. Çox anidən baş verdi. Anamgil Murmansk şəhərində idi, bacımla mən atamı dəfn etdik. Bunun üçün güclü olmalısan. Nə bizim, nə də qardaşımın toyunu görə bilmədi. Yeni il günü, bayramlarda tədbir götürmürük. Atam bizi səhnədə görməyi çox sevirdi. 

Röya "əməkdar artist" adını alandan sonra atam zəng edib bizə "əməkdar artist" adını almağımızı arzuladı. Bacımla baş-başa verib ağladıq”.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...