Fuad Poladovun ölüm xəbərini eşidən Rasim Balayevin ayaqları tutuldu
Fuadın oğluna zəng etmişəm ki, gəlib məni aparsın. Bu xəbərdən sonra özümdə güc tapa bilmirəm ki, durub yanına gedim Fuadın. Ayaqlarım yer tutmur.
Mynews.az xəbər verir ki, bu sözləri kult.az-a Xalq artisti Rasim Balayev yaxın dostu və səhnə yoldaşı, Xalq artisti Fuad Poladovun ölüm xəbəri ilə bağlı danışarkən deyib.
R.Balayev bildirib ki, xəbəri eşidəndən özünə gələ bilmir:
"Xəbəri eşidəndən oturduğum yerdən dura bilməmişəm. Ağrılarım da artdı. İynə vurdurdum ki, özümə gəlim. Oğluna zəng etdim ki, gəlib məni aparsın Fuadın yanına. Özümdə güc tapa bilmədim".
R.Balayev F.Poladovla sonuncu söhbətlərindən də danışıb:
"Biz həmişə tez-tez danışırdıq. Xəstəliyindən sonra da danışırdıq. Son 1-2 ay idi zənglərimə cavab vermirdi. Ancaq sonra mesajla yazdı ki, səsim batıb artıq, danışmaq istəmirəm. Mən də zəng etmirdim ki, incitməyim onu. Elə mesajla danışırdıq. Axırıncı dəfə 2-3 gün qabaq danışmışdıq. Görüşməyi isə qəbul etmirdi. Heç qohumlarını da evə buraxmırdı. İstəmirdi kimsə onu xəstə yatağında görsün.
Fuad, yerin həmişə görünüb, yenə də görünəcək. Allah sənə rəhmət etsin, dostum".
Qeyd edək ki, Azərbaycanın xalq artisti Fuad Poladov uzun sürən ağır xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
Maqazin
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
- Azəri qızı Günel Ebru Gündeşə od püskürdü
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 963 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 923 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 914 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 913 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 910 dəfə oxunub