Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"İlk dəfə üzüm gömgöy olub" - Məşhur aktrisadan ŞOK AÇIQLAMALAR

Türkiyənin məşhur "Fəzilət xanım və qızları" serialında baş rollardan birini canlandıran cazibədar aktrisa Dəniz Baysal özəl həyatından danışıb.

Mynews.az publika.az-a istinadən xəbər verir ki, iş həyatına ilk dəfə 18 yaşında başlayan Deniz ölkədə fəaliyyət göstərən agentliklərdən birinə müraciət edib. Maraqlısı isə odur ki, o müraciət edən zaman üzünün bir hissəsi tamamilə göyərmiş halda olub.

Aktrisanın sözlərinə görə, o basketbol oynayan zaman topun zərblə üzünə dəyməsindən sonra o hala düşüb:

"18 yaşımda burnumdan əməliyyat olundum. Teatr müəllimi məni agentliyə yazdırdı. Lakin üzümün yarısı hələ tam sağalmamışdı. Bir trəfi sarğılı, bir tərəfi göyərmiş halda iş görüşməsinə getdim. Modellik üçün şəkillərimi çəkdilər. Təbii ki, qrimləmişdilər. Lakin elə ilk dəfədən çəkilişləri İzmirdə aparılan "Dərin sular" serialına çəkilmək üçün dəvət aldım".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...